TƏBİB itin dişlədiyi uşağın xəstəxanada ölməsinə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB itin dişlədiyi uşağın xəstəxanada ölməsinə aydınlıq gətirdi

Hadisə

26 May 2023 19:55 969


TƏBİB-in tabeliyindəki Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Zülfiyyə Rzayeva it dişləməsi nəticəsində quduzluq simptomları ilə xəstəxanaya gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ona dərhal ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Mərhələli şəkildə 4 doza vaksin vurulsa da, xəstədə quduzluq simptomları inkişaf edib və 1 saylı Uşaq yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirlib: Dördpendirli pizza

“Lakin həkimlərin səylərinə baxmayaraq təsdiqlənməmiş quduzluq diaqnozu ilə həyatını itirib”.

Qeyd edək ki, Cəlilabadda itin dişlədiyi azyaşlı dünyasını dəyişib. Hadisə rayonun Röyal Nəsirov küçəsində baş verib.

11 yaşlı Zülfiyyə Rzayeva dükandan evə qayıdarkən sahibsiz itin bacısına hücum etdiyini görərək onu itin caynağından xilas etməyə çalışıb. Çoxsaylı xəsarətlər alan uşaq təcili xəsətəxanya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurularaq, yaraları tikilib. Ancaq Zülfiyyə Rzayeva bir neçə gün müalicə aldıqdan sonra xəstəxanda qəfildən dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!