Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn körpənin səhhətində müsbət dinamika müşahidə olunur.
Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib. Vəziyyətində yaxşılaşma müşahidə olunur: Pepperoni pizza
"Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır. Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir".
Xatırladaq ki, avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında oğlan uşağı dünyaya gəlib.
Telegram kanalımız