TƏBİB partlayışa dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB partlayışa dair məlumat yaydı

Sosial

27 Avqust 2025 10:27 283


Avqustun 27-də saat 05:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi davam etdirilir. Sezar pizza

Xatırladaq ki, Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində qaz borusu partlayıb.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə qaz təchizatının yoxlanışı zamanı baş verib. Yoxlanış zamanı üç məsul şəxs və bir nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib.

Hadisənin səbəbləri araşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!