Aprelin 14-də Zaqatala rayon Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) qida zəhərlənməsi şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Həmin şəxs aprelin 15-də səhər saat 05:00 radələrində Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib. Pepperoni pizza
Bundan başqa, 1963-cü il təvəllüdlü digər şəxs (kişi cinsli) isə bu gün saat 13:13-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Botulizmə şübhə olduğundan ailənin digər üzvləri də profilaktik olaraq xəstəxanaya dəvət olunub, müvafiq tibbi yardımlar göstərilib. Ambulator müayinə üçün Bakı şəhərinə göndərişlə təmin ediliblər.
Xatırladaq ki, söhbət pomidor turşusundan zəhərlənmiş Mollahacı Ramazanov və Murad Ramazanovdan gedir.
Telegram kanalımız