TƏBİB rəsmisi sərtləşmə rejimindən danışdı:   Mərhələli olaraq...

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB rəsmisi sərtləşmə rejimindən danışdı: Mərhələli olaraq...

Hadisə

01 Aprel 2021 16:26 1021


"Son günlər koronavirusa yoluxma sayında artım var".

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, bu, gözlənilən prosesdir: "Mərhələli olaraq sərtləşmə rejimindən çıxdıq. Kafe-restoranlar, məktəblər açıldı. Bu artımda hər birimizin rolu var".

Onun sözlərinə görə, yanvarın 18-dən vaksinasiyaya başlanılıb: "Azərbaycan dünya ölkələrində ilklərdən idi. Vakansiya çox yaxşı gedir və mərhələli şəkildə davam edir. Bütün bölgələrdə vaksinasiya prosesi gedir. Son müşavirədən sonra bizə verilən tapşırığa əsasən vaksinasiyanı sürətləndirməliyik". Dördpendirli pizza

Y. Qarayeva bildirib ki, vaksinasiya yeni bir şey  deyil, 100 illərdir insanları ölümcül və qorxunc xəstəliklərdən qoruyub: "Vaksinasiyadan qorxmamalıyıq. Onun kiçik fəsadlarından çəkinməməliyik". (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!