Ötən ilin sentyabr ayından bu ilin yanvar ayına qədər tibb müəssisələrində 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub.
Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.
"Onlardan 4 min 431-i 18 yaşadək, 29 min 717-si 18 yaşdan yuxarı olan vətəndaşlardır. Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır, peyvəndə etimad və maraq getdikcə artır. Bu, bizim üçün çox sevindirici haldır", - deyə Ədilova vurğulayıb. Dördpendirli pizza
Departament rəhbərinin sözlərinə görə, hər il payız-qış aylarında respirator virus infeksiyaları aktivləşir:
"Bu il Səhiyyə Nazirliyi müvafiq peyvəndlər alaraq ölkəmizə gətirib və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya prosesi oktyabr 8-dən tam təhlükəsiz və standartlara uyğun şəkildə həyata keçirilir”.
Telegram kanalımız