TƏBİB Xalq artistinin səhhətinə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Xalq artistinin səhhətinə dair məlumat yaydı

Mədəniyyət

21 Yanvar 2025 11:33 532


Ənvər Həsənovun hazırki vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. pizza

Yanvarın 17-də vəziyyətinin ağırlaşmasına görə xalq artisti Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də Ənvər Həsənov vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!