Təbiətə ziyan vuran şirkətə 14 min manat cərimə yazıldı

saytların hazırlanması

Evə çatdırılma

Təbiətə ziyan vuran şirkətə 14 min manat cərimə yazıldı

Kriminal

11 Avqust 2020 11:04 666


Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə “PROFCO” MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14112 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Eyni zamanda, “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib.  Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!