Təbiəti qorumaq üçün könüllülər axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Təbiəti qorumaq üçün könüllülər axtarılır

Sosial

01 Avqust 2019 14:55 1765


Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqların qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi işinin kütləviləşməsi, vətəndaşların ekoloji məsələlərə həssaslığının artırılması və ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə “Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib. 

O qeyd edib ki, artıq meşə və yaşıllıqların qorunması istiqamətində əhali arasında təbliğat və maarifləndirmə işləri aparacaq bir qrup şəxsə “Təbiətin dostu” adlı emblemlər təqdim olunub: Pepperoni pizza

“Nazirlik təbiətsevərləri, yaşıllıq sahələrinin qorunmasına biganə qalmayan vətəndaşlarımızı “Təbiətin dostu” hərəkatına qoşulmağa dəvət edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!