Təbliğat dayandı

saytların hazırlanması

Evə çatdırılma

Təbliğat dayandı

Siyasət

08 Fevral 2020 05:04 1637


Bu gün saat 08:00-dan etibarən Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası başa çatıb.  

“Yeni Sabah” xəbər verir ki, Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.  

Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.   Marqarita pizza

Xatırladaq ki, deputatlığa namizədlərin təşviqatına yanvarın 17-də start verilib.  

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!