Təbriz və Tehranda 3 milli fəal saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Təbriz və Tehranda 3 milli fəal saxlanıldı

Hadisə

02 İyun 2024 20:09 538


İranın təhlükəsizlik məmurları Tehran və Təbriz şəhərlərində 3 milli fəalı saxlayıblar.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, Təbrizdə "Traktor" komandasının tanınmış azarkeş liderlərindən olan Taib Lütfi öz iş yerində, əslən Xudafərindən olan və Tehranda yaşayan Məhəmməd Əbdi isə şəxsi mənzilində saxlanılıb, evində axtarış aparılıb. Marqarita pizza

Təhlükəsizlik məmurları əslən Şərqi Azərbaycanın Sərəskənd şəhərindən olan və Tehranın Baharistan şəhərində yaşayan aktyor və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) də evinə basqın edərək, onu aparıblar.

Onların saxlanılma səbəbi və harada olduqları barədə məlumat əldə etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!