Təbrizdə birgə komissiyanın iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Təbrizdə birgə komissiyanın iclası keçirildi

İqtisadiyyat

29 May 2024 16:30 987


Azərbaycan-İran Birgə Komissiyasının 53-cü görüşü Təbriz şəhərində keçirilib.

Yenisabah.az xəbər verir ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 53-cü görüşü İranın Təbriz şəhərində keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər. Dominos pizza

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və protokol imzalanıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!