“Təbrizdə konsulluğun açılması 2007-ci ildə razılaşdırılıb“ - Səfir

saytların hazırlanması

Evə çatdırılma

“Təbrizdə konsulluğun açılması 2007-ci ildə razılaşdırılıb“ - Səfir

Rəsmi

13 Dekabr 2022 13:18 884


"Rəsmi İrəvan həmişə Zəngəzur dəhlizinə dair tərəflər arasında imzalanmış sənədin olmadığını bildirib. Ermənistan dəfələrlə bəyan edib ki, öz ərazisindən heç bir ölkəyə marşrut verməyəcək”.

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Arsen Avakyan bildirib.

Onun sözlərinə görə, İranın Qafanda Baş Konsulluğunun açılması və Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılması artıq müzakirə olunub və hələ 2007-ci ildə tərəflər arasında bununla bağlı anlaşma memorandumu imzalanıb. Toyuqlu pizza

"İranın Qafanda baş konsulluğunun açılması Ermənistanla İran arasında quru əlaqə marşrutunun təmin edilməsi baxımından Ermənistanın Sivnik vilayətinin strateji əhəmiyyətinin açıq şəkildə vurğulanmasıdır.

Ermənistan tərəfi bu məntiq və arqumentdən çıxış edərək, Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində Baş Konsulluğun yaradılmasında maraqlıdır və orada hazırlıq işləri aparılır. İranla ticarət-iqtisadi əlaqələrə münasibətdə Təbriz şəhəri iqtisadi, istehsal və logistika imkanlarına görə xüsusi əhəmiyyət kəsb edir", - deyə Arsen Avakyan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!