Təbrizdə təyyarə qəzaya uğradı

saytların hazırlanması

Evə çatdırılma

Təbrizdə təyyarə qəzaya uğradı

Dünya

01 Noyabr 2025 15:26 242


İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin beynəlxalq hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq aerportun yan binalarından birinə çırpılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Təbriz hava limanının ictimaiyyətlə əlaqələr departamentinin məsul şəxsi Hadi Necati bildirib.

Onun sözlərinə görə, hadisə zamanı pilot xəsarət almayıb: Dördpendirli pizza

"Qəzanın dəqiq səbəbi hələ də məlum deyil və Mülki Aviasiya Təşkilatının ekspertləri bu məsələ ilə bağlı araşdırmaları davam etdirirlər".

H.Necati "Şahin Bal Aseman" şirkətinə məxsus yüngül mühərrikli təyyarnin gövdəsinin isə ciddi zədələndiyini bildirib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!