Təcavüzdə günahlandırılan şəxsə dəstək olan rəhbər istefaya göndərildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Təcavüzdə günahlandırılan şəxsə dəstək olan rəhbər istefaya göndərildi - Foto

İdman

09 Fevral 2020 13:43 1280


Fransada Buz İdmanları Federasiyasınin prezidenti Dide Qayaqe istefa verib.

“Yeni Sabah” xəbər verir ki, keçmiş federasiya rəsmisi təcavüzdə ittiham edilən məşqçiləri dəstəkləməkdə günahlandırılıb.

Fransanın idman naziri Roksana Marasinyanu sabiq başqanı çağıraraq ondan hesabat istəyib və istefaya getməsini tələb edib. Nazirin və təcavüzə məruz qaldığı iddia edilən idmançıların təzyiqindən sonra Qayaqe istefa vermək məcburiyyətində qalıb. Ondan əlavə, federasiyadan 4 nəfər də istefaya göndərilib. Dominos pizza

Qayaqe açıqlamalarında günahkar olmadığını, baş verənlərdən həm özünün, həm də istefaya gedən digər şəxslərin xəbərsiz olduğunu söyləyib. Eyni zamanda, o, sözügedən məsələdə nazirliyi günahlandırıb.

Dide Qayaqe 20 ildir ki, Fransa Buz İdmanları Federasiyasına rəhbərlik edirdi.

Xatırladaq ki, keçmiş idmançı Sarah Abitbol avtobioqrafik kitabında 15-17 yaşlarında olarkən məşqçisi Qilles Bayer tərəfindən təcavüzə məruz qaldığını yazıb. Bundan sonra daha 3 idmançı da məqşçilərinin təcavüzünə məruz qaldıqlarını, ancaq federasiyanın bununla bağlı hər hansı iş görmədiyini deyiblər. Bu məsələdə sabiq rəhbərin rolunun olduğu iddia edilirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!