Təcavüzə uğrayan model Ronaldodan təzminat tələb edir -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Təcavüzə uğrayan model Ronaldodan təzminat tələb edir - Fotolar

İdman

29 Aprel 2021 13:44 1115


“Juventus” futbolçusu Kristiano Ronaldonu ona təcavüz etməkdə günahlandıran Ketrin Mayorqa ulduz futbolçudan tələb etdiyi təzminatın miqdarını açıqlayıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, 2009-cu ildə Ketrin Mayorqa adlı modelə təcavüz etdiyi iddia edilən Ronaldonun məhkəməsindən yeni məlumatlar mətbuata sızdırılıb.

Belə ki, Ronaldo 25 yaşında gecə klublarından birində tanış olduğu qadını Las Veqasdakı otel otağına apararaq təcavüz etdiyi iddiasını tamamilə rədd edir. pizza hut

Yeni çıxarılan məhkəmə sənədlərində keçmiş model Mayorqanın ulduz oyunçudan tələb etdiyi təzminat məbləği açıqlanıb. O, futbolçununn  keçmişdə ona yaşatdıqlarına görə 18 milyon funt, gələcək problemlər üçün 18 milyon funt sterlinq və cəza ödənişləri üçün 18 milyon funt sterlinq tələb edib. 37 yaşlı qadın məhkəmə xərcləri ilə birlikdə 56,5 milyon funt sterlinq təzminat istəyib. Bu məbləğ isə “Juventus” ulduzunun iki illik maaşına bərabərdir.

Mayorqa 2010-cu ildə Ronaldonun vəkilləri ilə etdiyi razılaşma nəticəsində işi məhkəməyə daşımamaq qarşılığında pul alsa da, illər sonra bu fikrindən daşınıb. O, illər əvvəl ona təzyiqlər olduğu üçün işi məhkəməyə çıxarmadığını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!