TƏCİLİ: Azərbaycan əsgərləri rus sülhməramlılarını saxladı

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ: Azərbaycan əsgərləri rus sülhməramlılarını saxladı

Maraqlı

20 İyul 2022 17:47 7641


Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb. 

Bakupost.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Minval” nəşri məlumat yayıb.

Məlumata görə, bu gün saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət hərbi kolon yoxlamaq üçün saxlanılıb. Sezar pizza

Baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd "Kalaşnikov" avtomatı (AKM) aşkar edilib.

Qaydaların kobud şəkildə pozulmasına - silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, hərbi kolon geri qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!