Təcili! Polis rəisi xidməti otağında özünü GÜLLƏLƏDİ - İNTİHAR

saytların hazırlanması

Evə çatdırılma

Təcili! Polis rəisi xidməti otağında özünü GÜLLƏLƏDİ - İNTİHAR

Hadisə

09 İyul 2021 12:19 4347


İyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcəkdir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!