TƏCİLİ! Putin “Hörümçək toru“nun qisasını aldı: evlərə dron yağır - ŞOK

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! Putin “Hörümçək toru“nun qisasını aldı: evlərə dron yağır - ŞOK

Dünya

05 İyun 2025 16:54 510


Rusiya Ukraynanın nüvə bombardmançı donanmasının qanadını qıran "Hörümçək toru" əməliyyatının qisasını almağa başlayıb.

Yenisabah.az xəbər verir ki, Ukraynanın şimalındakı şəhərləri silkələyən pilotsuz təyyarələr mülki insanları hədəfə alıb.

Yerli yanğınsöndürmə rəisinin ailəsi Priluki şəhərində Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub. Belə ki, daxili işlər naziri İqor Klimenko hücum nəticəsində yanğınsöndürmə rəisinin həyat yoldaşı, qızı və bir yaşlı nəvəsinin həyatını itirdiyini açıqlayıb. “Həmin dəhşətli gecədə yanğınsöndürmə rəisi düşmənin hücumundan sonra tarlada növbətçi idi”, - Klimenko deyib.  pizza sifarişi

Çerniqov vilayətində baş verən hücumda isə ümumilikdə 5 nəfər ölüb. Regionun qubernatoru Vyaçeslav Çaus Rusiyanın bir gecədə 6 pilotsuz təyyarə göndərdiyini və 6 nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.

Xəsarət alanlar arasında dörd uşaq da var. Xarkov meri İqor Terekhov gecə hücumlarında yeddi yaşayış binasının zərər gördüyünü, ikisinin isə birbaşa hədəfə alındığını açıqlayıb.

Hücumdan sonra küçədə dağılmış avtomobillər görünüb və təcili yardım briqadaları dəyəni qiymətləndirib. Rusiyadan hələlik heç bir açıqlama verilməyib.//Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!