“Təcili tibbi yardım” maşını piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

“Təcili tibbi yardım” maşını piyadanı vurdu

Hadisə

14 Noyabr 2020 10:39 926


Ucarda maşın piyadanı vurub, hadisə ölümlə nəticələnib.

Yenisabah.az xəbər verir ki, faciəli hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1983-ci il təvəllüdlü Anar İsmayıl oğlu Əliyev idarə etdiyi “Təcili tibbi yardım” maşını ilə yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-ci il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub. Süleyman Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır (Azərtac). Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!