Təcili yardım maşını qar uçqununun altında qaldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Təcili yardım maşını qar uçqununun altında qaldı - Video

Hadisə

17 Fevral 2021 17:16 793


Saxalində təcili yardım maşını qar uçqununun altında qalıb.

Yenisabah.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, hadisə Uqleqor rayonunun Boşnyakovo kəndində qeydə alınıb. 

Maşını qarın altından ekskavatorun köməyi ilə çıxartmaq mümkün olub.  Marqarita pizza

Tibb işçiləri bu maşın ilə qarda qalmış başqa bir briqadanı əvəz etmək üçün gedirmiş. Qar uçqunu iki ekipajın qarşılaşdığı yerdə baş verib. 

Sürücü və tibb işçiləri uçqun başlamazdan əvvəl həmkarlarını salamlamaq üçün avtomobildən ayrılıb. Heç kim xəsarət almayıb. Maşın bir az cızılıb. Lent.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!