Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili, VAZ-21140 və "Mercedes-Benz" markalı digər minik avtomobili toqquşub.
Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də VAZ-ın sürücüsü xəsarət alıblar. Dominos pizza
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız