Təcili yardımın qadın həkimlərini döyən saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Təcili yardımın qadın həkimlərini döyən saxlanılıb

Kriminal

13 İyun 2019 09:30 1033


Bərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, iyunun 12-də Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 qadın feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. pizza sifarişi

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!