“Təcridxanada azadlıqda olduğum kimi oldum“ - Həbsdən çıxan Ədalət Verdiyev

saytların hazırlanması

Evə çatdırılma

“Təcridxanada azadlıqda olduğum kimi oldum“ - Həbsdən çıxan Ədalət Verdiyev

Sosial

09 Aprel 2025 16:12 246


Şərti cəza ilə həbsdən buraxılan hərbi ekspert Ədalət Verdiyev paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, paylaşımda deyilir:

"7 aprel tarixindən azadlıqdayam. Təcridxanada azadlıqda olduğum kimi oldum. Toyuqlu pizza

Bir neçə dəfə saxlanılan şəxslərin ümumi maraqları naminə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdim və müsbət nəticələr də əldə etdim.

Həbs müddətində həm Baş Prokurorluqda, həm polis bölməsində, həm təcridxanada, həm məhkəmələrdə mənə qarşı xüsusi diqqət və hörmətlə yanaşdılar, buna görə də dövlətimə, adı çəkilən qurumların mənimlə təmasda olan əməkdaşlarına təşəkkür edirəm".

Qeyd edək ki, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!