Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - Rəsmi

Hadisə

21 Fevral 2025 17:55 146


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat yayıb.

Həbs olunmuş şəxs Əbdüləli Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!