Tədavülə yenilənmiş 1 manatlıq buraxıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Tədavülə yenilənmiş 1 manatlıq buraxıldı - FOTOLAR

İqtisadiyyat

18 Sentyabr 2023 14:57 3395


Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb.

Yenisabah.az xəbər verir ki, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin, kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb. Pepperoni pizza

Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!