Tədris mərkəzinə 20 min manat cərimə 

saytların hazırlanması

Evə çatdırılma

Tədris mərkəzinə 20 min manat cərimə 

Sosial

26 İyul 2019 09:31 1142


Dövlət Əmək Müfəttişliyi Xidməti “Nuray Tədris Mərkəzi" MMC-ni 20 min manat cərimə edib.

"Yeni Sabah"ın "Reporta"a istinadən xəbərinə görə, mərkəz İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Sabunçu Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Marqarita pizza

Qeyd edək ki, "Nuray Tədris Mərkəzi" MMC şahmat , xarici dil, kompüter, rəqs, rəssamlıq və s. kurslar, həmçinin məktəbəqədər hazırlıq tədris edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!