Fırtına xəbərdarlığı edilən yük gəmiləri Sinop limanına sığınıb.
Yenisabah.az xəbər verir ki, Qara dənizdə gözlənilən fırtına səbəbindən beynəlxalq yük gəmiləri Sinopun cənubundakı təbii limanda lövbər salıb.
Sürətinin saatda 70 kilometrə çatacağı gözlənilən güclü fırtınadan əvvəl çoxlu sayda gəmi şəhərin cənubundakı İçliman bölgəsinə sığınıb. Pepperoni pizza
Xəbərdarlıq səbəbilə balıqçılar dənizə çıxmayaraq limanlarda və sığınacaqlarda gözləməyə başlayıblar.
Sinop Qubernatorluğu tərəfindən edilən xəbərdarlıqda vətəndaşlardan fırtına zamanı meydana gələ biləcək mənfiliklərə qarşı diqqətli olmaları istənilib.
Aytac Şahin
Telegram kanalımız