Təhlükəli virus Çinə də çatdı

saytların hazırlanması

Evə çatdırılma

Təhlükəli virus Çinə də çatdı

Dünya

21 Yanvar 2021 09:18 872


Çinin paytaxtı Pekin şəhərində ilk dəfə koronavirusun “Britaniya ştammı” aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Pekin şəhərinin Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin direktor müavini Pan Sinxo bildirib.

P.Sinxo bildirib ki, şəhərin Dasin rayonunda “Britaniya ştammı”na iki təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Toyuqlu pizza

Rəsmilər həmçinin son 14 gündə Dasin rayonunda olmuş hər kəsi dərhal koronavirusun nuklein turşusu testindən keçməyə və test cavabları hazır olana qədər şəhərdə və ölkədə xəstəliyin yayılmasının qarşısını almaq üçün Pekindən ayrılmamağa və çox sayda insanla əlaqə qurmamağa çağırıblar.

Qeyd edək ki, koronavirusun "Britaniya ştammı" sürətlə yayıldığına görə təhlükəli hesab olunur. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!