Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri həbs olundu - 18 il cəza

saytların hazırlanması

Evə çatdırılma

Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri həbs olundu - 18 il cəza

Dünya

28 Sentyabr 2019 13:18 1052


Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri İxtiyar Abdullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Ali Məhkəməsi qərar qəbul edib.

İxtiyar Abdullayev rüşvət almaqda, xidməti vəzifəsindən sui-istifadə etməkdə, mütəşəkkil cinayətkar dəstə yaratmaqda təqsirli bilindiyi üçün məsuliyyətə cəlb olunub. O, həmçinin fırıldaqçılıqla məşğul olduğuna, Özbəkistanın maraqlarına cavab verməyən razılaşmalarda, başqasının əmlakını əlindən almaqda da ittiham edilib. Toyuqlu pizza

Xatırladaq ki, İxtiyar Abdullayev 2015-2018-ci illərdə Özbəkistanın Baş prokuroru, 2018-ci ilin yanvarından bu ilin fevralına qədər isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrində çalışıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!