Tehran Aİ ölkələri ilə müzakirələri davam etdirəcək

saytların hazırlanması

Evə çatdırılma

Tehran Aİ ölkələri ilə müzakirələri davam etdirəcək

Dünya

25 İyul 2025 23:54 503


İran və Aİ ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) nüvə sazişi üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib.

Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi danışıb.

Bu gün İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində İran-Aİ-3 danışıqlarının ikinci raundu keçirilib. Sezar pizza

XİN rəhbərinin müavini Kazem Qəribabadinin sözlərinə görə, İran nümayəndə heyəti sanksiyaların dayandırılmasında və uranın zənginləşdirilməsi hüququnun qorunub saxlanılmasında təkid edib.

Xarici işlər naziri Abbas Əraqçi isə vurğulayıb ki, İran uranın zənginləşdirilməsi hüququnu qətiyyətlə müdafiə etməyə davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!