Tehran Ər-Riyadla barışır -“Bloomberg”in iddiası

saytların hazırlanması

Evə çatdırılma

Tehran Ər-Riyadla barışır -“Bloomberg”in iddiası

Dünya

22 Sentyabr 2021 15:16 813


İran, Səudiyyə Ərəbistanı və Avropa İttifaqının yüksək səviyyəli diplomatları bu ay ikinci dəfə bir araya gəlib.

Yenisabah.az xəbər verir ki, bu iddianı “Bloomberg Today” irəli sürüb.

Agentlik görüşün Qərbi Asiya bölgəsindəki gərginliyi azaltmaq səylərinin əlaməti olaraq səciyyələndirib. pizza hut

“Bloomberg” qeyd edib ki, son görüş sentyabrın 21-də baş tutub. 

İddiaya görə, bu, Tehran nüvə razılaşması ilə bağlı danışıqları davam etdirməyə hazırlığı və Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün səylərinə işarədir.

Bundan əvvəl Hindistan informasiya mənbələri İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyət də daxil olmaqla bölgədəki inkişafı müzakirə etmək və Tehran-Ər-Riyad əlaqələrini nəzərdən keçirmək üçün Dehlidə bir araya gələcəkləri barədə xəbərlər dərc edib.

Həmçinin İraqın Səudiyyə Ərəbistanı və İran arasında vasitəçilik etməsinə dair məlumatalr var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!