Tehran Mənsimova avtomobil bağışlanıb?   - İddialara cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Tehran Mənsimova avtomobil bağışlanıb? - İddialara cavab verdi

Hadisə

26 İyun 2021 15:57 3320


Bu gün mətbuatda dərc olunan məlumata görə Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.

Məlumata deyilirdi ki, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.

Saytımıza özəl olaraq danışan Tehran Mənsimov bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur və ona hansısa avtomobil bağışlanmayıb: Marqarita pizza

“Bu məlumatı hardan alıblar bilmirəm. Amma onu bilirəm ki, belə bir yalanla haqqımda olmayan bir informasiya yaymaqla məni çox ciddi rahatsız etmiş oldular. Biz Vətən yoldunda bir əsgər olaraq, bir döyüşçü olaraq borcumuzu yerinə yetirmişik. Bu hər bir Azərbaycan oğlunun, Azərbaycan əsgərinin müqəddəs borcudur. Ona görə də belə xəbərlərlə adımızın hallanması doğru deyil. Ən azından sizin kimi zəng edib məlumatın doğru olub- olmadığını öyrənə bilərdilər. Çox təssüflər olsun, yalan və həqiqət olmayan bir xəbər yayıblar”./Veteninfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!