“Tehran regional dəhlizlərin inkişafında maraqlıdır“ - İran XİN

saytların hazırlanması

Evə çatdırılma

“Tehran regional dəhlizlərin inkişafında maraqlıdır“ - İran XİN

Rəsmi

17 Avqust 2022 17:11 982


"Regional tranzit yollarının genişləndirilməsi İran iqtisadi diplomatiyasının əsas vəzifəsidir".

Yenisabaha.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib.

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən konfransada çıxış edən Səfəri İranın regional tranzit dəhlizlərində effektiv iştirakına diqqət çəkib. Sezar pizza

O bildirib ki, dəhliz sadəcə nəqliyyat vasitəsi deyil, daha çox ticarətin genişləndirilməsi və milli, regional və qlobal iqtisadiyyatların inkişafı üçün bir vasitədir.

İranın digər rəsmisi - yol və şəhərsalma naziri Rüstəm Qasimi isə qeyd edib ki, bir çox regional və beynəlxalq tranzit dəhlizləri İranın tranzit marşrutlarından istifadə edir.

Nazir əlavə edib ki, İranın Fars körfəzi, Oman dənizi, Hind okeanı və Xəzər dənizindəki yolları regionun dənizə çıxışı olmayan ölkələrindən malların tranzitində mühüm rol oynayır.

O bildirib ki, İranın regional və beynəlxalq tranzit əməkdaşlığına yanaşması hər hansı rəqabətdən qaçmaqdır.

Nazirin sözlərinə görə, dünyanın dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkəsindən səkkizi - Ermənistan, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan İranla sıx ikitərəfli və çoxtərəfli tranzit əməkdaşlığına malikdir.

R. Qasimi əlavə edib ki, İran beynəlxalq ictimaiyyətin dənizə çıxışı olmayan ölkələrin ticarət xərclərini azaltmağa kömək etməklə və dünya bazarlarına çıxışını asanlaşdırmaqla onların həssaslığını azaltmaq öhdəliyinin bir hissəsini yerinə yetirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!