Tehran sabah “bağlanacaq”

saytların hazırlanması

Evə çatdırılma

Tehran sabah “bağlanacaq”

Dünya

22 İyul 2025 14:40 378


İran hakimiyyəti anomal istilər və elektrik enerjisinə qənaət edilməsi zərurətinə görə iyulun 23-də paytaxt Tehran vilayətində bütün dövlət qurumlarını, bankları və müəssisələri bağlamaq qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Paytaxtda havanın temperaturu 40 dərəcəni keçib və hökumət vətəndaşları ən isti saatlarda evdə qalmağa çağırıb. pizza hut

Hökumət sözçüsü Fatemeh Mohacerani əhalini elektrik enerjisi və su istehlakını azaltmağa çağırıb. 

Bəyanatda vurğulanır ki, enerjiyə qənaət və vətəndaşların sağlamlığının qorunması məqsədilə Tehran vilayətində bütün qurumlar bir gün müddətinə bağlanacaq./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!