Tehran Zəngəzur dəhlizinə dair mövqeyini təkrarladı: “Xəritədə istənilən dəyişiklik...”

saytların hazırlanması

Evə çatdırılma

Tehran Zəngəzur dəhlizinə dair mövqeyini təkrarladı: “Xəritədə istənilən dəyişiklik...”

Dünya

19 İyul 2025 13:51 5897


Tehranın uzunmüddətli siyasəti dəyişməz olaraq qalır və regional geosiyasi xəritədə istənilən dəyişikliyə qarşı yönəlib.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bildirib.

O vurğulayıb ki, İslam Respublikasının siyasəti regional geosiyasətdə istənilən dəyişikliyə qarşı qətiyyətlə qalır və bu mövqeyi bütün regional tərəflər üçün faydalı hesab edir. Toyuqlu pizza

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Əhmədianla telefon danışığında regional və ikitərəfli məsələləri müzakirə edib. Qriqoryan Əhmədianı Azərbaycan tərəfi ilə aparılan danışıqlar barıdı məlumatlandırıb və Ermənistanın regional tranzit marşrutları ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb.

Əhmədian, öz növbəsində, Ermənistanın İsrailin İrana hücumunu pisləyən mövqeyinə görə minnətdarlığını bildirib və İranın regionun geosiyasi mənzərəsindəki hər hansı dəyişikliyi ardıcıl olaraq rədd etdiyini bir daha bəyan edib.

Hər iki tərəf, həmçinin ikitərəfli münasibətlərin, xüsusən də iqtisadi sahədə intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!