Tehrana təzyiq: Lavrov Xəzər Konvensiyasının təsdiqini istəyir

saytların hazırlanması

Evə çatdırılma

Tehrana təzyiq: Lavrov Xəzər Konvensiyasının təsdiqini istəyir

Dünya

19 Fevral 2025 16:12 140


Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda İran hakimiyyətinin nümayəndələri ilə əlaqə saxlamağı planlaşdırır.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bu təmaslar zamanı Xəzər dənizində milli zonaları müəyyən edən xətlərin çəkilməsi mövzusu müzakirə olunacaq.

Nazirin sözlərinə görə, bu, İranın müvafiq konvensiyanın ratifikasiyası etməsi üçün şərtlərdən biridir. pizza

“Ekspertlər səviyyəsində bir sıra həllər təklif etmişik və iranlı həmkarlarımız onları nəzərdən keçirir”, - Lavrov əlavə edib.

Xatırladaq ki, rəsmi Tehran Xəzər dənizinə dair Konvensiyanı hələ də ratifikasiya etməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!