Tehranda birgə komissiyanın iclası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Tehranda birgə komissiyanın iclası keçiriləcək

Siyasət

20 Yanvar 2025 08:51 179


Yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək və burada əsas sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, komissiyanın həmsədrləri İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev olacaq.

Yanvarın 22-də Azərbaycandan 40 nəfərlik nümayəndə heyəti iranlı həmkarları ilə profil komitələr çərçivəsində nəqliyyat, bank işi, investisiya, energetika, turizm, mədəniyyət və kommunikasiya məsələlərini müzakirə edəcək. Pepperoni pizza

Yanvarın 23-də müzakirələrin yekununda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!