İranın paytaxtı Tehran şəhərində səhər saatlarında güclü partlayış baş verib.
“Yeni Sabah” Al Arabiya telekanalına istinadən xəbər verir ki, hadisə fonunda İsrail rəsmiləri İrana qarşı önləyici hərbi əməliyyata başladıqlarını bəyan ediblər.
Yartlayış paytaxtda güclü səs-küyə səbəb olub. Hadisənin səbəbi və mümkün dağıntılar barədə İran rəsmiləri hələlik rəsmi məlumat yaymayıblar. Marqarita pizza
İsrailin müdafiə naziri bildirib ki, ölkəsi milli təhlükəsizliyə yönəlmiş təhdidləri aradan qaldırmaq məqsədilə İrana qarşı önləyici hücum həyata keçirib. Onun sözlərinə görə, bu addım potensial təhlükələrin qarşısını almaq məqsədi daşıyır.
İranın “Təsnim” agentliyi də paytaxt Tehranda güclü partlayış səslərinin eşidildiyi barədə məlumat yayıb. Bildirilib ki, şəhərdən səmaya qalxan tüstü müşahidə olunur.

Telegram kanalımız