Tehranda hökumətlərarası komissiyanın iclası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Tehranda hökumətlərarası komissiyanın iclası keçiriləcək

İqtisadiyyat

12 Yanvar 2021 12:34 628


Bu ilin 18-19 yanvar tarixlərində Tehranda Azərbaycan-İran birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Səfir iclasın ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Sezar pizza

Musəvi Təbriz Ticarət və Sənaye Palatasının ASK ilə birgə video-konfrans keçirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. O, Azərbaycanla həmsərhəd bölgələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələrin qurulması üçün geniş imkanlar olduğunu və eyni zamanda, ixtisaslaşmış sərgilərin keçirilməsinə hazırlaşdıqlarını bəyan edib. Səfir həmçinin, İran məhsullarının həm quru, həm dəmiryolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!