Tehranda İran və Azərbaycanın 16-cı Birgə İqtisadi Komissiyası işə başladı

saytların hazırlanması

Evə çatdırılma

Tehranda İran və Azərbaycanın 16-cı Birgə İqtisadi Komissiyası işə başladı

Siyasət

21 Yanvar 2025 21:09 188


Tehranın ev sahibliyi ilə Azərbaycan və İranın 16-cı Birgə İqtisadi Komissiyası işə başlayıb.

Yenisabah.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tərfa məlumat verib.

Onun sözlərinə görə, üç illik fasilədən sonra Tehranın ev sahibliyi edəcəyi ikigünlük sammitin ilk günündə texniki və ekspert qruplarında iki ölkə arasında iqtisadi, ticarət, mədəniyyət, turizm, enerji və digər sahələrdəki mövzular müzkairə olunacaq. Əmin Tərfa bildirib ki, yanvarın 22-də İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə görüşü keçiriləcək. Marqarita pizza

İran rəsmisi qeyd edib ki, Memorandumun imzalanması da nəzərdə tutulub. O, "Araz dəhlizinin" tamamlanması məsələsinə də toxunaraq qeyd edib ki, körpülərin və yeni sərhəd terminallarının tikintisi və istismarı da araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!