Tehranda yeni küçə adları: Bakı, Şuşa, Nardaran, Şamaxı...

saytların hazırlanması

Evə çatdırılma

Tehranda yeni küçə adları: Bakı, Şuşa, Nardaran, Şamaxı...

Rəsmi

10 Sentyabr 2021 11:34 11842


İran paytaxtının bir sıra prospekt və küçələrinə bir neçə ölkənin coğrafi-inzibati mərkəzlərinin adları veriləcək.

Yenisabah.az "Rokna"ya istinadla xəbər verir ki, artıq Tehranın bir sıra xiyabanlarına Pəncşir, Qəzneyn, Xocənd, Qəndəhar, Buxara, Herat adları verilib.

Son günlərdə İran paytaxtında 18 prospekt və küçə adı dəyişdirilib. Sezar pizza

Ad dəyişikliyi haqqında Tehran Şəhər Şurasının Nominasiya Komissiyasının son iclasında qərar qəbul olunub.

İran paytaxtında hazırda Ermənistan, Azərbaycan, Gürcüstan, Əfqanıstan, Pakistan, Tacikistan və Özbəkistanda yerləşən "İran sivilizasiyası şəhərləri"nin adlarının verilməsi qərara alınıb.

Tehran Şəhər Şurasının Mədəniyyət və Sosial Komissiyasının keçmiş rəhbəri Məhəmməd Cavad Haqşenas bu barədə deyib: "Adlandırma Komissiyasının son iclasında İran sivilizasiyasına aid bir çox şəhərin adını vermək qərarına gəldik və Tehran küçələrini bu adlarla bəzədik. Bu prosesə hazırda Ermənistan, Azərbaycan, Gürcüstan, Əfqanıstan, Pakistan, Tacikistan və Özbəkistanda olan, lakin əvvəllər İran sivilizasiyasının bir hissəsi olan 18 şəhərin adı daxildir".

Haqşenas əlavə edib: "Bu baxımdan, bəzi prospekt və küçələrinə yeni adları Badkubə (Bakı), Tbilisi, Gəncə. Salyan, Şuşa, Nardaran, Lənkəran, Aran, Şamaxı olaraq dəyişdirilib".

Qeyd edək ki, bir neçə ay əvvəl Tehranın ən böyük küçələrindən birinə Gəncəli Cavad Xan adı verilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!