Tehrandan BAEA ilə bağlı sərt qərar:   İcazə verməyəcəklər!

saytların hazırlanması

Evə çatdırılma

Tehrandan BAEA ilə bağlı sərt qərar: İcazə verməyəcəklər!

Dünya

28 İyun 2025 20:36 331


İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossini nüvə obyektlərinə buraxmamaq qərarına gəlib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran parlamentinin vitse-spikeri Həmid-Rza Hacı Babaiyə istinadən məlumat yayıb.

"İran artıq Rafael Qrossiyə (ziyarətlərinə) və ya nüvə obyektlərində müşahidə kameralarının quraşdırılmasına icazə verməyəcək", - məlumatda bildirilir. Sezar pizza

Babainin sözlərinə görə, qərar İsraildən alınan sənədlərdə obyektlərlə bağlı məxfi məlumatların aşkarlanması ilə əlaqədar olub.

Xatırladaq ki, iyunun 26-da İran parlamenti BAEA ilə əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Agentliyin baş direktoru Qrossi cavab olaraq bildirib ki, ölkənin nüvə obyektlərində müfəttişlərin olması beynəlxalq öhdəlikdir.

İranın xarici işlər naziri Əraqçının sözlərinə görə, Qrossinin israrlı istəyi pis niyyətli ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!