“Tehranın həm Bakı, həm də İrəvanla yaxşı münasibətləri var“ - İran XİN

saytların hazırlanması

Evə çatdırılma

“Tehranın həm Bakı, həm də İrəvanla yaxşı münasibətləri var“ - İran XİN

Dünya

04 Oktyabr 2021 14:58 654


Bu gün Tehranda İranın xarici işlər naziri ilə görüşdən sonra erməni vəzifədaşı ilə birgə mətbuat konfransı keçirilib.

Yenisabah.az IRNA -nın istinadla xəbər verir ki, İslam Respublikasına 2 günlük səfərlə gəlmiş Ararat Mirzoyan xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Ermənistan xarici işlər nazirinin İran səfərinin gündəliyində ən vacib regional mövzularda ikitərəfli danışıqlar və məsləhətləşmələr olub. pizza sifarişi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ararat Mirzoyanın Tehrana səfəri ilə bağlı bildirib:

"Tehranın həm Bakı, həm də İrəvanla yaxşı münasibətləri var və bu münasibətlər başqa ölkəyə qarşı deyil. İranın xarici siyasəti inklüziv baxışa əsaslanır".

O, səfərin əvvəlcədən planlaşdırıldığını vurğulayıb:

"İkitərəfli münasibətlər çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsinə dair də məsləhətləşmələr aparılıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!