“Tehranın rəsmi Bakını dəstəkləməsi İrəvan və Moskvanı hiddətləndirib”   - İranlı analitik

saytların hazırlanması

Evə çatdırılma

“Tehranın rəsmi Bakını dəstəkləməsi İrəvan və Moskvanı hiddətləndirib” - İranlı analitik

Rəsmi

19 Aprel 2021 12:03 960


“Son Qarabağ müharibəsində rəsmi Tehranın Azərbaycanı dəstəkləməsi İrəvan və Moskvada mənfi təpki ilə qarşılanıb”.

Yenisabah.az “Diplomasi İrani”yə istinadla xəbər verir ki, bunu Orta Asiya və Avrasiya üzrə iranlı ekspert Hüsaməddin Hüccətzadə bildirib.

Bu il İslam Respublikasının xarici siyasət istiqamətlərinə dair məqaləsində ekspert Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrin ölkələri ilə münasibətlərinə toxunaraq o qeyd edib ki, ötən maliyyə ilində İranın Ermənistanla ticarət dövriyyəsi 265 milyon dollar, Rusiya ilə 387 milyon dollar olub. pizza sifarişi

Hüsaməddin Hüccətzadə daha sonra vurğulayıb: “Əvvəllər rəsmi Tehran Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsindəki mübahisədə dolayısı ilə İrəvanı dəstəkləyib. Lakin iki qonşu ölkəsi arasında baş verən son müharibədə azəri əsilli şimal-qərb əyalətlərindəki bəzi cümə imamları fərqli siyasət açıqlayıblar. Rəsmi Tehran da Bakını dəstəkləyən bir açıqlama verib. Bu addım Dağlıq Qarabağ müharibəsinin əsas təhrikçiləri olan Ermənistan və Rusiyanın mənfi təpkisi ilə qarşılanıb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!