Təhsil İdarəsi məktəbdə bıçaqlanmaya dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Təhsil İdarəsi məktəbdə bıçaqlanmaya dair məlumat yaydı

Sosial

03 Aprel 2025 17:16 262


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi bildirib ki, Goranboyun Hazırəhmədli kənd tam orta məktəbdə baş vermiş insidentlə bağlı araşdırma aparılır.

Yenisabah.az xəbər verir ki, 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib.

Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. pizza sifarişi

Şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!