Təhsil Nazirliyinin seriala aidiyyəti yoxdur - Ssenari müəllifi

saytların hazırlanması

Evə çatdırılma

Təhsil Nazirliyinin seriala aidiyyəti yoxdur - Ssenari müəllifi

Şou

15 Mart 2024 14:40 584


Yazıçı Tural Cəfərov (Qan Turalı) ssenaristi olduğu “Gündəlik” serialı ilə bağlı tənqidlərə cavab verib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o müzakirə yaradan səhnənin Elm və Təhsil Nazirliyinin sifarişi ilə çəkildiyini iddia edənlərdən söz açıb:

“Təhsil Nazirliyinin seriala aidiyyəti yoxdur. Nə ssenarini oxuyub, nə də çəkilişə baxıblar. Belə bir şeyi mən də özümə yaraşdırmaram. Artıq 20 ilə çatan jurnalistika fəaliyyətim buna sübutdur. Bu serialdır, 23 seriyası var. Ayrıca bir səhnəni götürüb onun üzərində hekayət qurmaq ki, müəllimləri təhqir etdi və sairə. Fikrimcə, bu, ucuz şeylərdir. İnsanlar həqiqəti bilmək istəyirlərsə, seriala baxıb nəticə çıxarsınlar. Hər bir bədii əsərin xüsusiyyəti bütövlüyüdür. Onun bir parçasını götürmək bütün ideyasını çatdıra bilməz. Bunlar adi məsələlərdir. Çox təəssüf ki, bəzi jurnalistlərimizə öyrətmək lazımdır”. pizza hut


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!