Təhsildə keyfiyyət yox, kəmiyyət artır - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

Təhsildə keyfiyyət yox, kəmiyyət artır - Ekspert

Sosial

12 Sentyabr 2019 15:21 1173


“Təəssüflər olsun ki, Azərbaycanda həyata keçirilən islahatlar təhsilin keyfiyyət artımına təsir göstərmir”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, ekspert Kamran Əsədov deyib. O, “Amerikanın Səsi”nə geniş müsahibəsində bildirib ki, təhsil sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq daha çox kəmiyyət artımı müşahidə olunur.

“Yəni, qəbul olunan tələbələrin sayındakı artım. Eyni zamanda məktəbə, təhsilə cəlb olunanların sayında artımı görə bilərik. Amma keyfiyyət artımı o deməkdir ki, sizin hazırladığınız kadrlar dünya standartlarına cavab verir”,- deyə Kamran Əsədov vurğulayıb.  pizza

Ekspert əlavə edib ki, Azərbaycan özündə rəqabət iqtisadiyyatını formalaşdıra bilmir. Onun fikrincə, bu, məhz yerli kadrların hesabına həyata keçirilməlidir:

“Yaxud ali təhsilli vətəndaşlar əmək bazarına daxil olanda onların işlə təmin olunma faizi yüksəkdir. Amma biz əmək bazarını araşdıranda görürük ki, ali təhsil məzunlarımızın yalnız 42 faizi işlə təmin oluna bilir. Bu o deməkdir ki, həyata keçirilən islahatlar keyfiyyət göstəricisinə ciddi şəkildə təsir göstərə bilməyib. Bizim şagirdlərimiz hələ də yaş xüsusiyyətlərinə aid olmayan dərsliklərdən istifadə edir. Bizim şagirdlərimiz hələ də ağır çantadan istifadə edir. Bizdə hələ də ağıllı, elektronlu lövhələrdən tam şəkildə istifadə oluna bilmir. Bütün bunlar göstərir ki, daha çox kəmiyyət artımı var. Keyfiyyət artımı istənilən səviyyədə deyil”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!