Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq - Rəsmi

Sosial

04 Mart 2020 15:45 791


"Koronavirus infeksiyasıyla bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq". "Yeni Sabah" xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasına hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək". Nazir müavini həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələylə bağlı qərar veriləcək: "Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılmasıyla bağlı fikirlər mövcud deyil". /Qafqazinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!