Bir insanın tarazlığı nə qədər qoruya bilməsi onun sağlamlığı haqqında müəyyən fikir yaradır. Tədqiqatlar göstərir ki, 10 saniyə ərzində bir ayağı üzərində tarazlığı saxlaya bilməyən orta yaşlı və yaşlı insanların 10 il ərzində ölmə ehtimalı bunu bacaranlarla nisbətən iki dəfə çox olur.
Yenisabah.az xəbər verir ki, Böyük Britaniya, ABŞ, Avstraliya, Finlandiya və Braziliyadan olan beynəlxalq ekspertlər qrupu tarazlıq və ölüm nisbəti arasındakı əlaqəni araşdıran 12 illik ilk tədqiqatı tamamlayıb.
Tədqiqat müşahidə xarakterli olsa və səbəbi müəyyən edə bilməsə də, nəticələri təəccüblüdür. Həyatın ortalarında və sonlarında bir insanın 10 saniyə bir ayaq üzərində dayana bilməməsi, növbəti 10 ildə hər hansı bir səbəbdən ölüm riskinin iki dəfə artması ilə əlaqələndirilib. Pepperoni pizza
Nəticələr British Journal of Sports Medicine jurnalında dərc olunub.
Telegram kanalımız